XƏBƏR, SOSİAL
21-06-2019, 17:13

“Karyeranı bizimlə qur” layihəsində iştirak edən gənclər sertifikatla təltif olunub - ŞƏMKİR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində keçirilən “Karyeranı bizimlə qur” adlı layihəsində iştirak edən gənclər sertifikatla təltif olunublar.

Qərbinfo.az xəbər verir ki, sertifikatlar Şəmkir GİKM-nin direktoru Kənan İbrahimov, Könüllülər üzrə koordinator Tərlan Muxtarova və Şəmkir rayon Məşğulluq Mərkəzinin məsləhətçisi Etibar Cabbarov tərəfindən təqdim edilib.

Qeyd edək ki, layihənin məqsədi işsiz və iş axtaran gənclər üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir.

Son Xəbər