XƏBƏR, MANŞET-SLAYDER
21-06-2019, 09:00

Şəmkir rayon Polis Şöbəsinə yeni təyinatlar olub

Şəmkir rayon Polis Şöbəsinə yeni təyinatlar olub
Şəmkir rayon Polis Şöbəsinin rəisinin Xidmət üzrə müavini vəzifəsinə, Zəyəm qəsəbə polis bölməsinin və Şəmkir Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni təyinatlar baş tutub.

Qərbinfo.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr imzalayıb.

Nazirin əmri ilə polis polkovnik-leytenantı İlqar Əliyev Şəmkir Rayon Polsi Şöbəsinin rəisinin Xidmət üzrə müavini, polis polkovnik-leytenantı Qədim Həsənov Şəmkir Rayon Polis Bölməsinin Zəyəm qəsəbə polis bölməsinin rəisi, polis mayoru Fəqan İsmayılov isə Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Elnur Həsənov və Şəmkir rayonuna yeni təyinat almış İlqar Əliyev, Qədim Hüseynov və Fəqan İsmayılovu qəbul edib.

Alimpaşa Məmmədov ilk öncə qonaqları salamlayıb və yeni təyinat almış polis zabitlərini təbrik edərək, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb.

Yeni təyinat almış polis zabitləri də Alimpaşa Məmmədova və bütün şəmkirlilərə göstərilən dəstəyə və diqqətə görə təşəkkürlərini bildiriblər.
Şəmkir rayon Polis Şöbəsinə yeni təyinatlar olub
Şəmkir rayon Polis Şöbəsinə yeni təyinatlar olub
Şəmkir rayon Polis Şöbəsinə yeni təyinatlar olub






Son Xəbər