XƏBƏR, İDMAN
21-06-2019, 09:58

Şəmkir futbolçuları ölkə çempionatının finalına yüksəlib

Şəmkir futbolçuları ölkə çempionatının finalına yüksəlib
Şəmkir rayonu təmsil edən futbol üzrə 2004/2005-ci il təvəlüdlü yeniyetmələrdən ibarət komandamız iyunun 20-də Göygöl rayon Olmpiya İdman Kompleksinin stadionunda Yeniyetmələrin XII Respublika oyunları çərçivəsinə zona yarışında iştirak ediblər.

Qərbinfo.az xəbər verir ki, yarışda 8 komanda mübarizə aparıb.

Baş məşqçi Əli Əhmədovun rəhbərliyi ilə Şəmkir rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin komandası həmyaşıdları ilə mübarizədə bütün rəqiblərinə qalib gələrək birinci yerə sahib çıxıblar.

Beləliklə komandamız bu nəticə ilə Respublika çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, ötən ay Şəmkir rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin daha bir komandası ölkə birinciliyinin final mərhələsinə vəsiqə qazanmışdı.

Uğurlu nəticələrə görə bütün idmançıları təbrik edir, final mərhələsində uğurlar arzulayırıq!






Son Xəbər