XƏBƏR, MANŞET-SLAYDER
21-06-2019, 09:30

İcra başçısı körpələr evi-uşaq bağçaları ilə bağlı ciddi tapşırıqlar verdi - ŞƏMKİR

İcra başçısı körpələr evi-uşaq bağçaları ilə bağlı  ciddi tapşırıqlar verdi - ŞƏMKİR
Bu gün Şəmkir rayonunda azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün hər cür imkanlar yaradılır, müasir inventar və avadanlıqlarla təmin edilir.

Qərbinfo.az xəbər verir ki, körpələr evi-uşaq bağçalarında infrastruktrun yenilənməsi, təhsilin keyfiyyətinin artırılması, uşaq bağçalarının ərzaqla təminatının yaxşılaşdırılması ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətində operativ müşavirə keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun iştirakı ilə keçirilən iclasda bildirilib ki, bu gün Şəmkir rayonunda körplərin rahat təhsil alması üçün bütün imkanlardan maksimum istifadə olunur.

Bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir deyən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qeyd edib ki, 2018-ci ildə Şəmkir rayonun ən böyük bağçalarından olan 150 yerlik 3 saylı şəhər körpələr evi-uşaq bağçası tamamilə təmir edildi və balaca fidanların istifadəsinə verildi. Bundan başqa yaxın günlərdə 100 yerlik Şəmkir şəhər 8 saylı, 85 yerlik Plankənd 2 saylı körpələr evi-uşaq baxçaları da istifadəyə verilicək. 2019-cu ildə isə 155 yerlik Şəmkir şəhər 2 saylı və 75 yerlik şəhər 5 saylı körpələr evi-uşaq bağçalarının, həmçinin 240 yerlik Kür qəsəbə uşaq bağçasının təmiri planlaşdırılır. Bütün bu işlər dövlətimizin körpələrə verdiyi dəyərin bariz nümunəsidir deyə icra başçısı qeyd edib: “Gələcək də də bu işlərin davam etdirəcək, ölkəmizin gələcəyi olan bu balacaların sağlam böyüməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Alimpaşa Məmmədov təhsilə daim qayğı göstərən dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya şəmkirlilər adından minnətdarlığını bildirib.

İclasda eyni zamanda uşaq bağçalarının ərzaqla təminatı məsələlərinə nəzarətin gücləndirilməsi də ön plana çəkilib
.
Bildirilib ki, bu işlərdə prinsipiallıq göstərməyən, pozuntulara yol verən bağça müdirələri haqqında qanunamüvafiq qəti tədbirlər görüləcək.

Müşavirədə icra başçısı onu da qeyd edib ki, bu gün uşaqlar dövlətimiz tərəfindən ən keyfiyyətli ərzaqlarla təmin olunur və bu məsələlərə çox ciddi nəzarət edilməlidir: “Körpələr evi-uşaq bağçalarının ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılacaq və ərzaqla bağlı daxil olan hər bir müraciət ciddi şəkildə araşdırılacaq və ictimai nəzarət gücləndiriləcək”.

Müşavirədə körpələr evi-uşaq bağçalarında işçilərin peşəkarlıq səviyyəsinin yoxlanması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə, bağça müdirləri Attestasiyadan keçirilməsi məsələsi də müzakirə edilib.

Bildirilib ki, attestasiyanı aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə Şəmkir Rayon İcra Hakimiyyətinın başçısı Alimpaşa Məmmədovun müvafiq Sərəncamı ilə yaradılmış Attestasiya Komissiyası aparacaq.

Müşavirədə bildirilib ki, bu günə qədər olduğu kimi, gələcəkdə də körpələr evi-uşaq bağçalarında vəzifədən aslı olmayaraq verilmiş vakansiya yerlərə qəbullar Komissyanın təşkil etdiyi imtahanlar vasitəsi ilə qəbul ediləcək.

İcra başçısı körpələr evi-uşaq bağçaları ilə bağlı  ciddi tapşırıqlar verdi - ŞƏMKİR
İcra başçısı körpələr evi-uşaq bağçaları ilə bağlı  ciddi tapşırıqlar verdi - ŞƏMKİR
İcra başçısı körpələr evi-uşaq bağçaları ilə bağlı  ciddi tapşırıqlar verdi - ŞƏMKİR
İcra başçısı körpələr evi-uşaq bağçaları ilə bağlı  ciddi tapşırıqlar verdi - ŞƏMKİR






Son Xəbər