XƏBƏR, İQTİSADİYYAT
20-06-2019, 10:31

Şəmkirli kümçü Həsən Şərifov: "İpəkqurdu bəsləmək üçün rayonumuzda əlverişli şərait var"

Şəmkirli kümçü Həsən Şərifov: "İpəkqurdu bəsləmək üçün rayonumuzda əlverişli şərait var"

Baramaçılıq sahəsinin inkişafı Şəmkir rayonunda sürətlə davam edir.

Qərbinfo.az xəbər verir ki, baramçılıq sahəsinin inkişaf etdirilməsi və bu sahənin insanların məşğuliyyətinə çevrilməsi Şəmkir rayonunda da uğurla icra olunur. Görülən işlərin nəticəsidir ki, rayonunun 38 kənd və qəsəbəsində sakinlər, sərbəst şəkildə ipəkqurdu bəsləməklə məşğul olurlar.

Qeyd edək ki, rayon ərazisində mövcud olan kümxanaların vəziyyəti rayon rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır, kümçülərə hər cürə şərait yaradılır.

Şəmkirli kümçü Şərifov Həsən Fərman oğlu bildirir ki, rayonumuzda mövcud olan əlverişli təbii şərait ipəkqurdu bəsləməyə imkan verir. Eyni zamanda əldə olunan məhsulun satışında da heç bir maneə yoxdur.

Qeyd edək ki, Şərifov Həsən Fərman oğlu fərdi təsərrüfatında yaratdığı kümxanada ipəkqurdu bəsləyir. O, hal-hazırda əldə etdiyi məhsulun tədarükünü həyata keçirir.

Son Xəbər