XƏBƏR, MANŞET-SLAYDER
18-06-2019, 15:30

Şəmkirdə İcra başçısının sədrliyi ilə yaradılmış qərargahın iclası keçirilib

Şəmkirdə İcra başçısının sədrliyi ilə  yaradılmış qərargahın iclası keçirilib

Şəmkir rayonunda taxıl biçinin mütəşəkkil qaydada həyata keçirilməsi və taxıl zəmilərində, otlaq sahələrində, habelə meşə fondu ərazisində baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə qərargah yaradılıb.

Qərbinfo.az xəbər verir ki, iyunun 18-də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının, hüquq mühafizə orqanlarının, İH başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və digər aidiyyəti qurumların rəhbərlərindən ibarət qərargahın iclası keçirilib.

İclasda bildirilib ki, qərargah üzvləri biçinlərdən sonra müxtəlif səbəblərdən baş verə biləcək yanğınların qarşısının alınması üçün proflaktik tədbirlər görülməli, əhali arasında, xüsusilə də fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmalıdır.

Eyni zamanda taxıl sahələrinin kənarlarının şumlanması, biçinə cəlb edilmiş kombayınların və texniki vasitələrdə yanğına qarşı avadanlaıqlarla təzhiz olunmalı, otlaq sahələrində, habelə meşə fondu ərazilərində yanğın təhlükəsizliyi ilə əlaqədar zəruri tədbirlər görülməlidir.

Həmçinin iclasda yerüstü qaz boruxətlərinin üzərində təhlükəsizlik tədbirləriinin gücləndirilməsi üçün görülən işlər və qarşıdan duran vəzifələr, yaşayış məntəqələrinin təmiz saxlanılması məsələləri müəyyənləşdirilib.

Son Xəbər