XƏBƏR, İDMAN
18-06-2019, 19:04

Şəmkir idmançıları "Jiu-Jitsu" üzrə Bakı çempionatında qalib olublar

Şəmkir idmançıları "Jiu-Jitsu" üzrə Bakı çempionatında qalib olublar
Brazilian Jiu-Jitsu üzrə Bakı çempionatında Şəmkir “Scorpion BJJ” məktəbinin iki yetirməsi qalib olub.

Qərbinfo.az–ın məlumatına görə, “Scorpion BJJ” məktəbinin baş məşqçisi Anar Cavadbəyli bildirir ki, idmançılardan biri, 2008-ci il təvəllüdlü Vüsal Əsgərov 40 kq çəki dərəcəsində 3 idmançını, ikinci idmançımız 2010-cu il təvəllüdlü, Hüseyn Məmmədov isə 25 kq çəki dərəcəsində 4 idmançını məğlub edərək yarışın qalibi olublar.

Qeyd edək ki, Şəmkir komandası avqustun 4-də baş tutacaq “Abu Dhabi” profesional beynəlxalq yarışına hazırlaşırlar.






Son Xəbər