XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT
18-06-2019, 18:10

Şəmkirli kümçü Bəhrəm Cəfərov: "Növbəti il təsərrüfatımı daha da genişləndirəcəm"

Şəmkirli kümçü Bəhrəm Cəfərov: "Növbəti il təsərrüfatımı daha da genişləndirəcəm"

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində dövlət proqramları uğurla icra olunur. Əldə olunan nailiyyətlər sırasında kənd təsərrüfatı sahəsinin sürətli inkişafını qeyd etmək olar. Qeyd edək ki, kənd təsərrüfatının inkişafı, eyni zamanda, bu sahənin imkanları və əldə olunan təcrübələr ölkəmizin aqrar iqtisadiyyatına öz töhfəsini verir.

Son illər Azərbaycan xalqının qədim məşğuliyyətlərindən biri olan baramaçılıq sahəsinin yüksək dinamika ilə inkişaf etdirilməsi, iqtisadi cəhətdən əldə olunan nailiyyətlərdəndir.

Aparılan uğurlu iqtisadi siyasət nəticəsində baramaçılıq sahəsi vətəndaşlarımızın, xüsusən də, kənd təsərrüfatı sahəsi ilə məşğul olan insanların, sevimli peşəsinə, məşğuliyyətə çevrilmişdir. Sevindirici haldır ki, bu sahəyə gənc ailələrin marağı artır.

Baramaçılıq sahəsinin inkişafı və bu sahənin insanların məşğuliyyətinə çevrilməsi işinin təşkil olunması Şəmkir rayonunda da uğurla icra olunmaqdadır. Görülən işlərin nəticəsidir ki, bu gün Şəmkir rayonunun 38 kənd və qəsəbəsində sakinlər, sərbəst şəkildə ipəkqurdu bəsləməklə məşğul olurlar.

Qərbinfo.az xəbər verir ki, vətəndaşlar tərəfindən yaradılmış kümxanaların mövcud vəziyyəti rayon rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.

Şəmkirli kümçü Cəfərəv Bəhrəm Fərmayıl oğlu bildirir ki, baramaqurdu bəsləmək təcrübəsinə hələ uşaq vaxtlarında yiyələnib. O, ipəkqurdu bəsləməyin, olduqca maraqlı hadisə olduğunu, bu işindən zövq aldığını və gələcəkdə baramaçılıq təsərrüfatını genişləndirəcəyini qeyd edir.

Qeyd edək ki, Cəfərəv Bəhrəm Fərmayıl oğlu öz fərdi təsərrüfatında baramaqurdu bəsləyir. O, hal-hazırda istehsal etdiyi məhsulun tədarükü mərhələsindədir.

Son Xəbər