XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT
17-06-2019, 17:54

Şəmkir kümçüləri bu il daha çox məhsul istehsal etməyə həvəslidir

Şəmkir kümçüləri bu il daha çox məhsul istehsal etməyə həvəslidirBu gün Şəmkir rayonunda baramaçılığın inkişafı rayon rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılan sahələrdən biridir.

Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə, bu il Şəmkir kümçülərini daha çox məhsul istehsal etməyə sövq edib.

Bunun nəticəsidir ki, rayonda olan kümçülər arasında barama istehsalına görə rəqabət artıb. Onlar hər il daha çox məhsul istehsal etməyə və daha yüksək gəlir qazanmağa çalışırlar.

Qərbinfo.az xəbər verr ki, rayonun müxtəlif kənd və qəsəbələrində kümçülər artıq məhsullarını təhvil verməyə başlayıblar.

Cari ildə Mahmudlu kəndindən olan kümçülər plan üzrə 100%-dən yuxarı nəticə göstərərək ən yaxşılar sırasında birinci olaraq adını yazdırmağ bacarıblar.

Qeyd edək ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.

Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azəripək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.






Son Xəbər