XƏBƏR, SOSİAL
17-06-2019, 17:20

“Gənc Həkimlər Birliyi” Şeyidlər kəndində pulsuz tibbi müayinə aparıb - ŞƏMKİR

“Gənc Həkimlər Birliyi” Şeyidlər kəndində pulsuz tibbi müayinə aparıb - ŞƏMKİR
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə ilk dəfə Şəmkirdə yaradılan “Gənc Həkimlər Birliyi” qısa zaman ərzində şəmkirlilərin rəğbətini qazanıb, pasientlərinin sevimlisinə çevrilib.

Qərbinfo.az xəbər verir ki, 17 iyun tibb işçilərinin peşə bayramı münasibətilə “Gənc Həkimlər Birliyi” rayonun Şeyidlər kəndində sakinlərin pulsuz tibbi müayinəsini aparıblar.

Kəndin sakinləri, xüsusilə də aztəminatlı ailələrin müayinəyə axımı sağlamlığın gənc keşikçilərinə olan inamın, sevginin bariz nümunəsidir.

Bu gün kənddə həkimə ehtiyacı olan hər kəs orada idi. Hətta onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və “Gənc Həkimlər Birliyi”nə minnətdarlıqlarını bildirmək üçün gələnlər də az deyildi.

Birlik üzvləri Şeyidlər kəndində ümumi 91 nəfər sakinin pulsuz tibbi müayinəsini həyata keçirib, bir nəfəri isə təmənnasız əməliyyat üçün Şəmkir Mərkəzi Xəstəxanasına dəvət ediblər. Eyni zamanda aztəminatlı bir ailənin övladını sünnət əməliyyatı ediblər.

Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

Son Xəbər