XƏBƏR, İQTİSADİYYAT
13-06-2019, 17:38

Kümçü Salmanov Ramiz: "Bu il yüksək məhsul əldə edəcik" - ŞƏMKİR

Kümçü Salmanov Ramiz: "Bu il yüksək məhsul əldə edəcik" - ŞƏMKİR
Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi və bu sahənin vətəndaşlarımızın məşğuliyyətinə çevrilməsi məqsədi ilə aparılan işlər və əldə olunan nailiyyətlər kənd təsərrüfatı sahəsinin inkişaf etirilməsinə böyük töhüfə verir. Hal-hazırda baramaçılıq təsərrüfatının daha da inkişaf etdirilməsi istiqamətində işin təşkili respublika uzrə geniş vüsət almışdır.

Qeyd edək ki, Şəmkir rayonunda da baramaçılığın inkişaf etdirilməsi rayon rəhbərliyinin diqqət mərkəzindədir.

Qərbinfo.az xəbər verir ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin məsul işçisi, Şəmkir şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi və Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru şəhər təsərrüfatında mövcud olan kümxanalara baxış keçiriblər.

Qeyd edək ki, baxış zamanı kümxanaların yüksək səviyyədə təşkil olunması və kümçü ailələrin hər hansı bir problemlə qarşılaşmadıqları məlum olub.

Kümçü Salmanov Ramiz Qərib oğlu bu il yüksək məhsul əldə edəcəklərinə əmin olduqlarını bildirib. O qeyd edib ki, barama saxlamaq, artıq mənim sevdiyim bir peşəyə çevrilib. Bu sahədən əldə etdiyim qazancla ailəmi dolandıra bilirəm. Rayonumuzda da bu sahənin inkişaf etməsi üçün geniş imkan var və rayon rəhbərliyi daima öz diqqətini əsirgəmir. Buna görə, ölkə rəhbərimizə minnətdarlığımı bildirirəm.

Qeyd edək ki, Şəmkir rayonunda, ümümi kümxanaların vəziyyəti və kümçü ailələrin bu sahədə əldə etdiyi təcrübələr, bu il rayonun barama istehsalının 18 tondan artıq olacağına imkan yaradır.

Son Xəbər