XƏBƏR, HƏRBİ
12-06-2019, 18:29

"Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi sahədə möhkəm əməkdaşlıq əlaqələri var"

"Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi sahədə möhkəm əməkdaşlıq əlaqələri var"
Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi sahədə möhkəm əməkdaşlıq əlaqələri var. Qarşıdakı dövrdə bu əlaqələr müdafiə və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq, digər sahələri də əhatə edəcək.

Qərbinfo.az xəbər verir ki, bunu iyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən brifinqdə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar deyib.

Göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edən H.Akar qeyd edib ki, üç ölkənin birgə çalışması böyük önəm kəsb edir. Müdafiə sahəsində imzalanan əməkdaşlıq memorandumunun çox yaxında ölkələrimiz üçün faydalarını görəcəyik.

Bu gün keçirilən görüşdə tərəflərin mövcud iş birliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə etdiklərini deyən H.Akar bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı çox önəmlidir.






Son Xəbər