XƏBƏR, HƏRBİ
12-06-2019, 20:22

Zakir Həsənov: Üç qonşu dövlətin müdafiə sahəsində əməkdaşlığı inkişaf edir

Zakir Həsənov: Üç qonşu dövlətin müdafiə sahəsində əməkdaşlığı inkişaf edir
Azərbaycan, Türkiyə və Gürcüstanın digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də əməkdaşlığı inkişaf edir.

Qərbinfo.az xəbər verir ki, bunu iyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən brifinqdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Zakir Həsənov bildirib ki, görüşdə 3 qonşu, dost dövlətin Müdafiə nazirlərinin iş planına daxil olan məsələlər müzakirə edilib.

Nazir qeyd edib ki, hər üç ölkənin Müdafiə naziri Türkiyənin separatizmlə mübarizəsini dəstəklədiyini bildiriblər: “Görüşdə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində görülən işlər müzakirə olundu. Xüsusilə qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Misal üçün, 2018-ci ildə Türkiyə və Azərbaycan arasında 7 təlim icra olunub. Bu il isə 13 təlim keçiriləcək. Azərbaycan və Türkiyənin təşkil etdiyi təlimlərə Gürcüstan da dəvət olunub”.






Son Xəbər