XƏBƏR, SOSİAL
12-06-2019, 16:08

1saylı Könüllü kənd uşaq bağçasının fidanları 91 yaşlı nənəyə baş çəkiblər - ŞƏMKİR

Şəmkir rayon 1 saylı Könüllü kənd körpələr evi-uşaq bağçasının balaca fidanları 91 yaşlı nənəyə baş çəkib.

Qərbinfo.az xəbər verir ki, 1 saylı Könüllü kənd körpələr evi-uşaq bağçasının balaca fidanları Könüllü kəndinin ən yaşlı sakini, 1928-ci il təvəllüdlü Mahmudova Şəkər Məhəmməd qızına baş çəkiblər.

Qeyd edək ki, Mahmudova Şəkər Məhəmməd qızı, 1941-1945-ci ilər müharibəsi illərində arxa cəbhədə fəal işlədiyinə görə "əmək veteranı" adına layiq görülüb. 91 yaşlı nənə 7 uşaq və çoxlu sayda nəvə-nəticə sahibidir.

Balaca fidanların gəlişindən fərəhlənən nənə, əvvəlcə uşaqlara yaşadığı həyatın xoş xairələrindən danışıb.

Sonra nənə xalçanın üstündə oturaraq, həvəslə, özünün də ən çox sevdiyi "Cırtdan" nağılını uşaqlara danışıb.

Uşaqlar nənənin nağılına böyük maraqla qulaq asıblar.

Daha sonra, nənə və körpələr çay süfrəsi arxasında əyləşiblər.

Son Xəbər