XƏBƏR, SOSİAL
12-06-2019, 13:50

Balaca fidanlar Azərxalça ASC-nin Şəmkir filialında olublar

Şəmkir şəhər 6 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları "Azərxalça ASC-nin Şəmkir filialında olublar.

Qərbinfo.az xəbər verir ki, körpələr xalçanın toxunması, kəsilməsi prosesini izləyiblər.

Körpələr evi-uşaq bağçasının müdiri Aygün Abdullayeva bildirib ki, Azərbaycan xalq yaradıcılığının zənginliyi uşaqların təlim-tərbiyəsində, onların fiziki və mənəvi sağlam yetişməsində çox geniş imkan yaradır. Bu məqsədlə də, xalqımızın qədim yaradıcılığının bir sahəsi olan xalçaçılıq peşəsi haqqında körpələrimizi məlumatlandırırıq.

A.Abdullayeva qeyd edib ki, körpələrimizin ilkin əmək vərdişlərinə yiyələnməsi və müəyyən peşə sahələrinə maraqlarının formalaşması məqsədi ilə belə ekskursiyalar, mütamadi olaraq təşkil olunur.

Son Xəbər