XƏBƏR, MANŞET-SLAYDER
11-06-2019, 18:30

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevi təbrik edib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevi təbrik edib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qərbinfo.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Bizə dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək, şəxsən Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, xalqınıza isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və firavanlıq diləyirəm.

Dərin hörmət və ehtiramla,



Həməd bin İsa Al Xəlifə

Bəhreynin Kralı"






Son Xəbər