XƏBƏR, SOSİAL
11-06-2019, 17:56

Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təlimi

Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təlimi
“İKT LAB” Tətbiq və Tədris Mərkəzi intellektual idarəetmə sisteminin qurulmasında məlumatların xüsusi əhəmiyyətini nəzərə alaraq “Məlumat əsaslı idarəçilik” (“Data-Driven Governance”) təlimi təşkil edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Qərbinfo.az-a bildirilib ki, təlimin məqsədi məlumatların əhəmiyyəti, toplanması və istifadəsi üzrə praktiki və nəzəri biliklər əldə etmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Təlimdə bir sıra nazirlik və dövlət qurumlarının əməkdaşları iştirak edir. Təlimdə data sahəsi üzrə peşəkar mütəxəssislər müxtəlif mövzularda seminarlar keçir. Təlimin sonunda dövlət qurumlarının data əsaslı idarəçilik üzrə təcrübəsi iştirakçıların təqdimatları əsasında müzakirə olunacaq. Təlim 5 gün davam edəcək.
Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təlimi






Son Xəbər