XƏBƏR, SOSİAL
11-06-2019, 16:30

Bu il magistraturaya 8203 plan yeri ayrılıb

Bu il magistraturaya 8203 plan yeri ayrılıb
2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına, ümumilikdə 8203 plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Qərbinfo.az-a verilən məlumata görə, plan yerlərindən 3101 yer dövlət sifarişli, 5102 yer isə ödənişli təhsil üçün nəzərdə tutulub.

Bunlardan 5824 yer Azərbaycan bölməsi, 673 yer rus bölməsi, qalan 1706 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 7632 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.






Son Xəbər