XƏBƏR, SOSİAL
10-06-2019, 18:25

Təhsil naziri əmr imzaladı: "Son zəng” hər bir məktəbin ərazisində təşkil olunsun

Təhsil naziri əmr imzaladı: "Son zəng” hər bir məktəbin ərazisində təşkil olunsun
İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq.

Qərbinfo.az-ın məlumatına görə, təhsil naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığı əmrdə qeyd edilir ki, “Son zəng” tədbiri 14 iyun tarixdə hər bir müəssisənin ərazisində təşkil olunsun.

Əmrdə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilib.

Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsiz­liyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.






Son Xəbər