XƏBƏR, DÜNYA
10-06-2019, 17:53

Hindistan Aya stansiya göndərir - "Çandrayan-2"

Hindistan Aya stansiya göndərir - "Çandrayan-2"Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı iyulda Aya "Çandrayan-2" stansiyasını göndərməyə hazırlaşır.

Qərbinfo.az-ın məlumatına görə, stansiyanın iyul ayının 9-16 tarixlərində göndərilməsi planlaşdırılır.

Qeyd olunur ki, həmin stansiya Ayın səthinin mineraloji tərkibini tədqiq edəcək.

"Çandrayan-2" stansiyasının ötən ilin aprelində göndərilməsi nəzərdə tutulsa da, bir sıra səbəblərlə əlaqədar missiya bu ilə təxirə salınmışdı.

Bundan əvvəl, Hindistan 2008-ci ildə Aya "Çandrayan-1" missiyasını göndərmişdi.






Son Xəbər