XƏBƏR, İQTİSADİYYAT
10-06-2019, 13:58

UNEC gənclər üçün əmək yarmarkası təşkil edib

UNEC gənclər üçün əmək yarmarkası təşkil edib

İyunun 10-da Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə “Gənclər üçün əmək yarmarkası – 2019” keçirilir.

Qərbinfo.az xəbər verir ki, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak etdiyi əmək yarmarkasının keçirilməsində məqsəd Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.

Əmək yarmarkasında ali məktəblərdə təhsil alanlar, eləcə də əlilliyi olan tələbə, magistr və məzunlar təklif olunan müxtəlif iş vakansiyası və təcrübə proqramlarına müraciət ediblər.






Son Xəbər