XƏBƏR, DÜNYA
10-06-2019, 09:58

BƏƏ-də 200-ə yaxın insan içməli sudan zəhərlənib

BƏƏ-də 200-ə yaxın insan içməli sudan zəhərlənib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əcman əmirliyində yerləşən “Horizon Towers” yaşayış komplekslərinin 200-ə yaxın sakini keyfiyyətsiz içməli sudan zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib.

Qərbinfo.az Əcman polisinin “Twitter” mikrobloqunda yaydığı məlumata istinadla xəbər verir ki, iki istirahət günü ərzində əmirlik xəstəxanalarına ümumilikdə 190 nəfərə yaxın sakin müraciət edib və onlardan yeddi nəfər xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, hazırda onların vəziyyəti sabitdir.

Əcmanın kommunal xidmətləri yaşayış kompleksini su ilə təmin edən bütün boru və anbarlarda yoxlama işləri aparır və içməli suyu dezinfeksiya edirlər.






Son Xəbər