XƏBƏR, HADİSƏ
7-06-2019, 20:27

Toyuq sendviçi 41 nəfəri zəhərlədi

Toyuq sendviçi 41 nəfəri zəhərlədi
Daşkənddə kafelərin birində kütləvi zəhərlənmə baş verib.

Qərbinfo.az-ın məlumatına görə, Özbəkistanın Səhiyyə Nazirliyi zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı 41 nəfərə çatıb.

Məlumata görə, müraciət edənlərdə ürəkbulanma, baş ağrıları, qarın nahiyəsində ağrılar olub. Müraciət edənlərin hamısına "qida zəhərlənməsi" diaqnozu qoyulub.

3 nəfərin vəziyyəti ağır qiymətləndirilib.

Həmin şəxslərin kafedə toyuq sendviçi yedikləri və bu qidadan zəhərləndikləri ehtimal edilir.

Müəssisənin fəaliyyəti laborator təhlil və araşdırma üçün dayandırılıb.






Son Xəbər