XƏBƏR, DÜNYA, HADİSƏ
7-06-2019, 19:56

Türkiyədəki yanğın 50 hektar ərazini əhatə edib

Türkiyədəki yanğın 50 hektar ərazini əhatə edib

Türkiyənin qərbindəki Muğla vilayətində meşə yanğınları qeydə alınıb.

Qərbinfo.az-ın məlumatına görə, yanğın 50 hektar ərazini əhatə edib.

Alovun qarşısının alınması üçün 6 helikopter və çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğının səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, meşələr Türkiyə ərazisinin 27,6 faizini əhatə edir. Son on il ərzində ölkədə 24 mindən çox meşə yanğını qeydə alınıb.






Son Xəbər