XƏBƏR, MANŞET-SLAYDER
7-06-2019, 16:58

Zəyəm Cırdaxan sakinlərinə yeni həyat bəxş edən layihə uğurla davam etdirilir - ŞƏMKİR

Zəyəm Cırdaxan sakinlərinə yeni həyat bəxş edən layihə uğurla davam etdirilir
Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası sayəsində ölkəmizin tərəqqisində yüksək dinamizm təmin olunmuşdur. Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır.

Prezident İlham Əliyevin sahibkarlığın inkişafı, onların yerli investorlara çevirilməsi siyasəti hazırda Şəmkir rayonunda da uğurla icra olunur.
Bu sahədə münasibətlərin düzgün qurulması nəticəsində xaricdə fəaliyyət göstərən iş adamları rayonda tək gəlir gətirən sahələrə investisya yatırmırlar. Eyni zamanda sosialyönümlü layihələrdə də yaxından iştirak edirlər.

Qərbinfo.az xəbər verir ki, son illərdə Şəmkir rayonunda genişmiqyaslı işlər həyata keçirilib. Bu görülən şlərin davamı olaraq, rayon İcra Hakimiyyəti və Zəyəm Cırdaxan kəndinin Rusiya Federasiyasında fəaliyyət göstərən iş adamları birlikdə tarixə yazılacaq bir layihəyə imza atımaq üzrədirlər.

Belə ki, uzun zamandır susuzluqdan əziyyət çəkən rayonun ən böyük kəndi olan Zəyəm Cırdaxana yeni su xəttinin çəkilişinə artıq başlanılmışdır.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov baş çəkib, işlərin gedişatı ilə maraqlanıb.

İş icraçıları məlumat verərək bildiriblər ki, 730 millimetrlik polad borularla çəkilən su xəttinin ümumi uzunluğu 7 kilometrdir. Su xətti mənbəyini Zəyəm çayından götürür və yeni su xəttinin istismara verilməsi nəticəsində Zəyəm Cırdaxan kəndinin su təzhizatında olan problemlər tamamilə aradan qaldırılacaq.

Qeyd edək ki, Zəyəm Cırdaxan kəndi rayon mərkəzindən 25 kilometr uzaqlıqda yerləşir və əhalisinin sayı 10 minə yaxındır.

Son Xəbər