XƏBƏR, SİYASƏT
7-06-2019, 16:07

Milli Məclisin deputatı Belqradda AŞPA-nın komitə iclasında iştirak edib

Milli Məclisin deputatı Belqradda AŞPA-nın komitə iclasında iştirak edib

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən 6-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olub.

Qərbinfo.az xəbər verir ki, Milli Məclisin deputatı səfər çərçivəsində Belqradda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

AŞPA-nın bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında müzakirə olunan mövzu ilə bağlı çıxış edən Sahibə Qafarova deyib ki, ruhi və psixi sağlamlıq cəmiyyətlərdə həssas bir mövzudur. Bir sıra hallarda mövcud olan stiqma və stereotiplərin zehni sağlamlıq şəraiti və ya psixososial əlilliyi olan insanlar üçün çətinliklər yaratdığını söyləyən deputat bildirib ki, məcburi tədbirlərin tətbiq olunması bu şəxslərə bəzən zərər verir.

AŞPA məruzəçilərinin hazırladığı müzakirə olunan hesabatın əlilliyi olan şəxsin sağlamlığını və insan hüquqlarını qorumaq yerinə təhlükənin qəbuledici risklərini minimuma endirməyə əsaslandığını bildirən Sahibə Qafarova hesabatı müsbət qiymətləndirib. Bu mövzuda beynəlxalq sənədlərə diqqət çəkən S.Qafarova deyib ki, Əlilliyi olan insanların hüquqlarına dair Birləşmiş Millətlər Təşkilatının Konvensiyası - daha müasirdir və AŞPA-ya üzv olan bütün dövlətlər, Lixtenşteyn istisna olmaqla, bu sənədə qoşulublar. “Bütün üzv dövlətlər insan hüquqlarına dair bu standartı qəbul edib və bunu həyata keçirməlidirlər. Psixososial əlilliyi olan şəxslərə münasibətdə insan hüquqlarının ən yüksək standartları tətbiq olunmalıdır”, - deyə S.Qafarova vurğulayıb.

Milli Məclisin deputatı Belqradda AŞPA-nın komitə iclasında iştirak edib






Son Xəbər