XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT
7-06-2019, 10:30

İcra başçısı Kür qəsəbə Xəstəxanasında aparılan təmir işləri ilə tanış olub - ŞƏMKİR

Şəmkir rayonunda digər sahələrlə yanaşı sosial sahəyə də böyük diqqət göstərilir
.
Şəmkir rayonunda sosial obyektlərin inşası və təmir olunması son illər diqqət çəkməkdədir. Qeyd edək ki, bu günlərdə Səhiyyə Nazirliyinin sifarişi ilə Kür Qəsəbə Xəstəxanasında əsaslı təmir işləri aparılır.

Qərbinfo.az xəbər verir ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Kür qəsəbə Xəstəxanasında aparılan təmir işlərinin gedişatı ilə tanış olub.

İcra başçısına bildirilib ki, 2018-ci ilin əvvəllindən təmirinə başlanılan tibb müəssində artıq söküntü işləri tam başa çatdırılıb.

Təmir bərpa işlərinin bir qismi yekunlaşıb. 56 çarpayılıq xəstəxana binasının bu ilin sonunadək təhvil verilməsi planlaşdırılır.

Yenilənən səhiyyə ocağında əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərilməsi üçün zəruri imkanlar yaradılacaq. Xəstəxana binası müasir inventar və avadanlıqla tam təchiz ediləcək.

Qəsəbə sakinləri rayonun ikinci ən böyük xəstəxanasında aparılan təmir işlərinə, sakinlərə göstərilən qayğıya görə ölkə rəhbəri Cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər

Son Xəbər