XƏBƏR, DÜNYA
5-06-2019, 22:22

"Mercedes-Benz" 45 minə yaxın avtomobili geri çağırır

"Mercedes-Benz" 45 minə yaxın avtomobili geri çağırır
Almaniyanın məşhur avtomobil brendi "Mercedes-Benz" Çin bazarında satdığı 44 min 900 avtomobili təkər nasazlıqlarına görə geri çağırır.

Qərbinfo.az Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasına istinadla xəbər verir ki, oktyabrın 25-dən başlanacaq proses zamanı 2016-cı ilin aprel-may aylarında istehsal edilmiş avtomobillər geri çağırılacaq. İstehsalçı şirkətin Çindəki müştərək müəssisələri olan "Mercedes-Benz (China) Automotive Sales" və "Beijing Benz Automotive" avtomobillərdəki nasaz detalları yoxlayaraq dəyişəcək.

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərdəki nasaz detalların təhlükə yarada biləcəyi fikrindədirlər.






Son Xəbər