XƏBƏR, İDMAN
5-06-2019, 19:30

FIFA-nın 2018-ci il üzrə gəliri açıqlanıb

FIFA-nın 2018-ci il üzrə gəliri açıqlanıb
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) 2018-ci il üzrə gəliri açıqlanıb.

Qərbinfo.az FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qurum bütün turnirlərdən gələn gəlirə əsasən 1,814 milyard dollar qazanc əldə edib.

Bu rəqəm FIFA-nın Fransada keçirilən konqresində açıqlanıb.

Qeyd edək ki, FIFA-nın 2017-2018 mövsümü üzrə gəliri Rusiyada keçirilən dünya çempionatı da daxıl olmaqla 4,641 milyard dollar təşkil etmişdi. Rusiyada keçirilən dünya çempionatı futbol tarixinə ən gəlirli mundial kimi düşüb (2,750 milyard dollar).






Son Xəbər