XƏBƏR, DÜNYA
5-06-2019, 15:16

Rəsmi Afina ölkəyə gələn qaçqınların sayının artmasında narahatdır

Rəsmi Afina ölkəyə gələn qaçqınların sayının artmasında narahatdır
Yunanıstan bu ölkəyə gələn qaçqınların sayının artmasında narahatdır.

Qərbinfo.az xəbər verir ki, rəsmi Afina qaçqınlarla bağlı vəziyyətin getdikcə ağır olduğunu bildirib.

Qeyd olunur ki, 20 min müraciətə baxmaq iqtidarında olan Yunanıstan 60 min müraciətə baxmaq məcburiyyətində qalıb. Rəsmi Brüssel Yunanıstanı problemlə üz-üzə qoyub.

Qeyd edək ki, havaların istiləşməsi ilə əlaqədar Yunanıstana qaçqınların axını yenidən artıb. Türkiyədən keçib gələn qaçqınlarla bağlı müzakirələr aparılır. Məqsəd qaçqınların Türkiyəyə geri qaytarılmasıdır.






Son Xəbər