XƏBƏR, İQTİSADİYYAT
4-06-2019, 22:52

Bakı Fond Birjasında yeni təyinat

Bakı Fond Birjasında yeni təyinat
“Bakı Fond Birjası” (BFB) QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

Qərbinfo.az-ın məlumatına görə, iclasda BFB-nin 2018-ci il üzrə maliyyə nəticələri təsdiqlənib, müddəti bitdiyi üçün yeni Audit Komitəsi formalaşdırılıb, eləcə də gündəliyə uyğun olaraq 2019-cu ilin büdcəsi ətrafında müzakirələr aparıldıqdan sonra təsdiq edilib.

Bundan başqa, ümumi yığıncaqda “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Vüqar Namazovun digər işə keçməsi ilə əlaqədar müraciətinə əsasən vəzifəsindən azad olunub və “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifələrinin müvəqqəti icrası Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İdarə Heyətinin üzvü Eldar Faiq oğlu Abdullayevə həvalə olunub.






Son Xəbər