XƏBƏR, MƏDƏNİYYƏT
4-06-2019, 21:32

Bakıda Çin Dili və Mədəniyyət Mərkəzi açılıb

Bakıda Çin Dili və Mədəniyyət Mərkəzi açılıb
Bu gün Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnsitutu ilə Siyasi Psixologiya Mərkəzi (SPM) arasında SPM-də Çin Dili və Mədəniyyət Mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalanıb.

Qərbinfo.az-ın məlumatına görə, tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Çinin Azərbaycandakı səfiri Vey Cinxua, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan S.Seyidov mərkəzin Azərbaycan və Çin xalqları arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini bildirib. S.Seyidov vurğulayıb ki, bu gün Azərbaycan ilə Çin arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. O qeyd edib ki, Azərbaycan ilə Çin arasında tarixi əlaqələr mövcuddur:

“Azərbaycan ilə Çin qədim “İpək Yolu” vasitəsilə dünyanın iqtisadi inkişafına mühüm töhfə verir, sivilizasiyaları bir-birinə yaxınlaşdırır və mövcud əməkdaşlığı daha da genişləndirir. İnanıram ki, iki ölkə arasında əlaqələr bundan sonra da uğurla inkiaf edəcək”.

Daha sonra çıxış edən səfir V.Cinxua SPM-də Çin Dili və Mədəniyyəti Mərkəzinin açılmasını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Səfir bildirib ki, bu mərkəzin açılması Azərbaycan-Çin münasibətlərin yüksək əhəmiyyət daşıdığını göstərir:

“İnanıram ki, mərkəz çin dilində danışan böyük sayda diplomatlar, deputatlar və gənc liderlər yetişdirəcək və bu, əslər boyu olan Çin-Azərbaycan dostluğu üçün dayanmadan yeni nəsillər yetişdirəcək”.

Daha sonra tədbirdə çıxış edən millət vəkilləri Asim Mollazadə, Nəsib Məhəməliyev, Elman Nəsirov mərkəzin əhəmiyyəti qeyd ediblər. Bildirib ki, Çin ilə Azərbaycan qədim və möhkəm əlaqələr mövcuddur və bu cür mərkəzin yaradılması bu gün üçün zərurətə çevrilmişdi. Qeyd olunub ki, mərkəz iki ölkə əlaqələrinin inkişafına böyük dəstək göstərəck.






Son Xəbər