XƏBƏR, MƏDƏNİYYƏT
4-06-2019, 18:52

Azərbaycan Nyu-Yorkda keçirilən “İpək Yolu” festivalında təmsil olunub

Azərbaycan Nyu-Yorkda keçirilən “İpək Yolu” festivalında təmsil olunub
Nyu-Yorkun mərkəzindəki “Master Theater”da “İpək Yolu” festivalı keçirilib. İpək Yolu Asiya, Avropa və Afrika ölkələrindən 40-dan çox ölkəni quru, eləcə də dəniz yolu ilə birləşdirən mədəniyyət, fikir, sənət və musiqi mübadiləsi festivalıdır. İpək Yolu min illərdir mövcud olmuş ölkələrin mədəniyyətini zənginləşdirib, qarşılıqlı anlaşma, tolerantlıq və hörməti inkişaf etdirib.

Qərbinfo.az-ın məlumatına görə, festivalda Azərbaycan, Çin, Gürcüstan, Hindistan, Monqolustan, İsrail, Türkiyə və digər ölkələrin musiqiçiləri və rəqqasları iştirak ediblər. Soydaşlarımızın çıxışlarını izləmək və dəstəkləmək məqsədilə Meyn ştatındakı azərbaycanlı icmasının, Azərbaycan-Nyu York Assosiasiyasının üzvləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi tədbirə qatılıb.

Festivalda ölkəmizi Samir Quliyev (Nyu York) “Azərbaycan”, Orxan Ağayev (Nyu-York) “Sənə də qalmaz”, Emin Eminzadə (Bakı) “Treasure me” və “Синяя вечность” mahnıları, “Mənim Yolum” rəqs qrupu (Nyu York) “Mənim Azərbaycanım”, Tahir Eynullayev (Bakı) “Məzəli rəqs” və Səbinə Nəcəfova (Portland) “Uzundərə” rəqsləri ilə təmsil ediblər.

Nyu-York şəhərinin meri Bill De Blazio bu festivalda yüksək səviyyədə iştirak etdikləri üçün “My Way” Uşaq və Gənclərin İnkişafı Mərkəzinin rəhbəri Alyona Bədəlovaya təşəkkür məktubu göndərib.

Son Xəbər