XƏBƏR, İQTİSADİYYAT
4-06-2019, 15:28

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib
İyunun 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Qərbinfo.az xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə gündəliyə beş məsələnin daxil olduğunu bildirib.

Əvvəlcə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qanun layihəsi ilə bağlı Maliyyə nazirinin müavini Azər Bayramov, deputatlar fikir və təkliflərini səsləndiriblər.

Sonra “Aqrar sığorta haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də ikinci oxunuşda müzakirə olunub.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.






Son Xəbər