XƏBƏR, İQTİSADİYYAT
3-06-2019, 21:57

May ayında Təhsil Nazirliyinə 18 min 866 müraciət daxil olub

May ayında Təhsil Nazirliyinə 18 min 866 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) may ayında daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən Qərbinfo.az-a bildiriblər ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 18 min 866 müraciət daxil olub. Statistikaya görə, Telefon Məlumat Mərkəzində 15 min 723 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə 3 min 143 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1710 (864 ərizə, 846 məktub) qəbul edilib və qeydiyyata alınıb.

Müraciətlər daha çox birinci siniflərə qəbul, müəllimlərin yerdəyişməsi, işə qəbulu və digər bu kimi məsələləri əhatə edib.

May ayında Təhsil Nazirliyinə 18 min 866 müraciət daxil olub
May ayında Təhsil Nazirliyinə 18 min 866 müraciət daxil olub






Son Xəbər