XƏBƏR, MƏDƏNİYYƏT
3-06-2019, 10:53

Tacikistan mətbuatında İmadəddin Nəsimi haqda məqalə dərc olunub

Tacikistan mətbuatında İmadəddin Nəsimi haqda məqalə dərc olunubBöyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar bir çox xarici ölkələrdə bu münasibətlə müxtəlif tədbirlər keçirilir.

Qərbinfo.az xəbər verir ki, Tacikistan Yazıçılar İttifaqının nəşri olan “Sədai-Şərq” jurnalının 5-ci buraxılışında “Nəsimi” adlı məqalə dərc olunub, şairin 10 qəzəli oxucuların diqqətinə çatdırılıb.

Məqalənin müəllifi, tanınmış alim Qurban Vosi oxuculara İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi söz ustalarından biri olduğunu çatdırır, onun Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucaldığını və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratdığını qeyd edir.

Müəllif İ.Nəsiminin 1369-cu ildə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şamaxı şəhərində anadan olduğunu, Azərbaycan və fars dillərində şerlər yazdığı, Nizami Gəncəvi, Şeyx Əttar, Mövlanə Cəlaləddin Bəlxi kimi şairlərlə bir sırada durduğu barədə oxuculara məlumat verir, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yer tutduğunu, şairin yaradıcılığının xalqın milli-mənəvi varlığının ayrılmaz tərkib hissəsi olduğunu oxucuların nəzərinə çatdırılır.

Tacikistanda Azərbaycanın dahi şairləri Nizami, Xaqani və Nəsiminin yaradıcılıqlarına böyük maraq göstərilir. Onların əsərləri orta məktəbdən başlayaraq tədris olunur.

Tacikistandakı səfirliyimiz tərəfindən Nəsiminin 650 illik münasibətilə silsilə tədbirlərin keçirilməsi planlaşdrılır.

Tacikistan mətbuatında İmadəddin Nəsimi haqda məqalə dərc olunub






Son Xəbər