XƏBƏR, DÜNYA
3-06-2019, 08:51

Suriyada avtomobilin partladılması nəticəsində azı 14 nəfər ölüb

Suriyada avtomobilin partladılması nəticəsində azı 14 nəfər ölüb
Suriyanın şimal-qərbində Türkiyənin sərhədinə yaxın ərazidə yerləşən Azaz şəhərində minalanmış avtomobil partlayıb.

Qərbinfo.az "RİA" Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində azı 14 nəfər həlak olub, 28 nəfər isə müxtəlif xəsarətlər alıb.

Partlayış şəhər mərkəzindəki cinayət təhlükəsizliyi sektorunun qərargahı yaxınlığında baş verib.

Qeyd edilir ki, hadisə yerində çoxlu sayda insan olduğu üçün ölənlərin sayı arta bilər.

Bölgədə fəaliyyət göstərən ekstremist qrupların heç biri məsuliyyəti öz üzərinə götürmür.






Son Xəbər