XƏBƏR, SİYASƏT
30-05-2019, 22:26

"Bir milyon azərbaycanlının öz doğma yurdlarına qayıda bilməməsi qəbuledilməzdir"

"Bir milyon azərbaycanlının öz doğma yurdlarına qayıda bilməməsi qəbuledilməzdir"
Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlər mövcuddur. Xüsusən də iqtisadi sahədə əməkdaşlıq böyük önəm daşıyır. Azərbaycan Fransanın, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Avropa və Asiya arasında Azərbaycanın rolu aydın görünür.

Qərbinfo.az xəbər verir ki, bu fikirləri Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Parisdə təşkil edilmiş qəbulda iştirak edən Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanüel Düpüi "AZƏRTAC"-a söyləyib.

Emmanüel Düpüi deyib ki, əlverişli coğrafi mövqeyə malik Azərbaycan Avropanın Asiyaya açıq qapısı və Asiyanın Avropaya çıxışıdır. Azərbaycanın iki qitənin kəsişməsində yerləşməsi, oynadığı mərkəzi rol onun strateji əhəmiyyətini artırır. Bu gün Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olmasından xəbərdarıq. Bir milyon azərbaycanlının öz doğma yurdlarına qayıda bilməməsi qəbuledilməzdir. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli həllini tapacaq.






Son Xəbər