XƏBƏR, İQTİSADİYYAT
30-05-2019, 21:30

"Asiya ölkələri vahid valyuta yaratmalıdır"

"Asiya ölkələri vahid valyuta yaratmalıdır"
Asiya ölkələri idxal-ixrac əməliyyatlarında istifadə üçün vahid valyuta yaratmalıdır.

Qərbinfo.az-ın məlumatına görə, bunu Malayziyanın baş naziri Mahathir Məhəmməd Yaponiyada iqtisadi forum zamanı deyib.

Onun sözlərinə görə, əgər Asiya ölkələri daha sıx birləşmək istəyirsə, qızıl standart əsasında ümumi ticarət valyutası yaratmalıdır:

“Bu valyuta daxili hesablaşmalar zamanı deyil, ancaq ölkələr arasında ticarət əməliyyatlarında istifadə olunacaq”.






Son Xəbər