XƏBƏR, HADİSƏ
30-05-2019, 12:19

Bakıda qadını hədələyib pulunu almaq istəyən şəxs cinayət başında yaxalanıb

Bakıda qadını hədələyib pulunu almaq istəyən şəxs cinayət başında yaxalanıb
Polis əməkdaşları Bakıda qadını hədələyib pul almaq istəyən şəxsi cinayət başında yaxalayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10 min manat pul alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.






Son Xəbər