XƏBƏR, DÜNYA
30-05-2019, 09:00

Ukraynada Mi-8 hərbi vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub

Ukraynada Mi-8 hərbi vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub
Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının Mi-8 vertolyotunun təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub. Bu məlumat Quru Qoşunlarının “Facebook” səhifəsində yer alıb.

Qərbinfo.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda vertolyotda ekipajın 4 üzvünün komandirlə birlikdə həlak olduğu bildirilir. Hadisə mayın 29-da gecədən xeyli keçmiş baş verib. Vertolyot Rivne vilayətinin Sestryatin kəndi yaxınlığında qəzaya uğrayıb. Hazırda orada xilasetmə xidməti və hüquq mühafizə orqanlarının nümayəndələri işləyir. Həmçinin Müdafiə Nazirliyinin, Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığının komissiyası hadisə yerindədir. Qəzanın səbəbləri araşdırılır.






Son Xəbər