XƏBƏR, İDMAN
29-05-2019, 21:26

Bakı Olimpiya Stadionunda oturacaqların sayı 70 minə çatdırılıb

Bakı Olimpiya Stadionunda oturacaqların sayı 70 minə çatdırılıb
EFA Avropa Liqasının final oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) oturacaqların sayı artırılaraq 70 minə çatdırılıb.

Qərbinfo.az-ın məlumatına görə, BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva bildirib ki, media zonasında yeni oturacaqlar quraşdırılıb. Almaniyada istehsal olunan oturacaqlar BOS-un standartlarına uyğun hazırlanıb. Tribuna 330 yerdən ibarətdir. Bu, o deməkdir ki, media zonasında oturacaqların sayı ikiqat artırılıb.

“Jurnalistlərin rahat işləmələri üçün masalarda kiçik monitorlar quraşdırılıb. Tribuna printer aparatı, həmçinin yüksəksürətli internet və digər texniki avadanlıqla təchiz olunub”, - deyə C.Mehdiyeva əlavə edib.

Qeyd edək ki, London klubları “Çelsi” və “Arsenal” arasında keçiriləcək final oyunu mayın 29-da saat 23:00-da start götürəcək.






Son Xəbər