XƏBƏR, İDMAN
29-05-2019, 20:49

“Çelsi” klubunun azarkeşi: Ölkənizdə sabitlik və tolerantlıq hökm sürür

“Çelsi” klubunun azarkeşi: Ölkənizdə sabitlik və tolerantlıq hökm sürür
Azərbaycana ikinci dəfədir gəlirəm. Belə ki, iki il əvvəl burada UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində “Qarabağ” – “Çelsi” qarşılaşmasını izləmişəm. Ötən müddət ərzində şəhəriniz daha da valehedici olub. Bakının gözəlliyi, insanların mehribanlığı gələn qonaqlara müsbət enerji və xoş təəssürat bəxş edir. Bugünkü final matçına maraq böyükdür. Azarkeşlərin gərgin və maraqlı idman mübarizəsinə şahid olacağına və ən əsası da “Çelsi”nin qalib gələcəyinə inanıram.

Qərbinfo.az xəbər verir ki, bu sözləri "AZƏRTAC"-a müsahibəsində “Çelsi” klubunun azarkeşi olan iranlı Farbod Fallahi deyib.

“Final oyununu izləmək üçün Azərbaycana gələn turistlər üçün yaradılan şəraitə, görülən təhlükəsizlik tədbirlərinə söz ola bilməz. Hər kəs burada özünü rahat hiss edir. Ölkənizdə sabitlik və tolerantlıq hökm sürür. Onu da xüsusi qeyd edim ki, yeməklərinizin dadı möhtəşəmdir”, - deyə iranlı turist bildirib.






Son Xəbər