XƏBƏR, HADİSƏ
28-05-2019, 22:59

Rayonlara dolu düşüb

Rayonlara dolu düşüb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu mayın 27-si gündüzdən 28-i səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Bürodan Qərbinfo.az-a verilən məlumata görə, mayın 27-si gündüzdən 28-i səhərədək Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 16 mm, Qəbələdə 1 mm olub. Mayın 28-də saat 10. 50-11.20 radələrində Sarıbaşda( Qax) dismetri 1,4 sm olan dolu qeydə alınıb.

Mayın 27-də qərb küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 18-20 m/s-dək güclənib.






Son Xəbər