XƏBƏR, SİYASƏT
28-05-2019, 21:51

ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.

Qərbinfo.az-ın məlumatına görə, təbrik səfirliyin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

Təbrikdə deyilir: “1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən bəri Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır. Biz üzünmüddətli əməkdaşlığın davam etdirilməsini və təhlükəsizlik, enerji, demokratik idarəetmə sahələrində işin dərinləşdirilməsini və ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”.






Son Xəbər