XƏBƏR, İQTİSADİYYAT
28-05-2019, 17:23

Əmtəə nişanları və coğrafi göstəricilərə dair təlim təşkil olunacaq

Əmtəə nişanları və coğrafi göstəricilərə dair təlim təşkil olunacaq
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlara müraciət edib.

ASK-dan Qərbinfo.az-a bildirilib ki, konfederasiyanın təşəbbüsü və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən iyunun 10-da əqli mülkiyyət obyektləri mövzularına dair təlim kursları keçiriləcək.

Kurslar əsasən Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə əlaqədar son dövrdə imzaladığı fərman və sərəncamlar, yerli şirkətlər tərəfindən istehsal olunan məhsulların əmtəə nişanları və ya coğrafi göstərici kimi ölkə daxilində, həmçinin beynəlxalq sistem vasitəsilə təminatı, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və digər məsələlərin həlli istiqamətində biliklərin artırılması məqsədilə təşkil edilir. Kurslarda sahibkarlıq fəaliyyəti göstərən subyektlərə əmtəə nişanları və coğrafi göstəricilər, eləcə də digər əqli mülkiyyət obyektlərinə dair Azərbaycan qanunvericiliyi və onun beynəlxalq sistemlərə inteqrasiyası, həmçinin beynəlxalq normativ hüquqi aktlar və sənədlər, mühafizə elementləri barədə ətraflı məlumat veriləcək. Kurslar Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən maliyyələşdirilir və ödənişsiz əsaslarla təşkil olunur.






Son Xəbər