XƏBƏR, MƏDƏNİYYƏT
27-05-2019, 23:29

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi qeyd olunacaq.

Mədəniyyət və Turizim Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, bu münasibətilə 30 may 2019-cu il tarixində Dövlət Akademik Filarmoniyasında yubiley tədbiri keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2019-cu il tarixli, 906 nömrəli Sərəncam imzalanıb.

Xalq yazıçısı İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin xüsusi ilə məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilib.

İsmayıl Şıxlı yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.






Son Xəbər