XƏBƏR, MƏDƏNİYYƏT
27-05-2019, 20:27

“Nəsimi romans” adlı respublika müsabiqəsinin son seçim turu keçiriləcək

“Nəsimi romans” adlı respublika müsabiqəsinin son seçim turu keçiriləcək
Mayın 29-da Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) bəstəkarlar arasında elan olunan “Nəsimi romans” adlı respublika müsabiqəsinin son seçim turu keçiriləcək.

Qərbinfo.az xəbər verir ki, seçim turunun nəticəsinə əsasən müsabiqədə qalib olan bəstəkarların iştirakı ilə mayın 30-da qala konsertinin keçirilməsi də nəzərdə tutulur. Sonda qaliblər pul mükafatı və diplomla təltif olunacaqlar.

Qeyd edək ki, BMA-nın təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində reallaşan müsabiqə gənc bəstəkarları şairin irsi ilə tanış etmək, gələcək fəaliyyətlərində peşə inkişafı, yeni musiqili dil və onun inkişaf yollarını axtarmaq məqsədi daşıyır.

Müsabiqədə 20-35 yaş arası akademik səviyyədə bəstəkarlıq təhsili olan, habelə bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlardan ibarət Azərbaycan respublikasının vətəndaşları iştirak edib.

Müsabiqənin əsas ideyası Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası Nəsiminin poeziyasının gənc musiqiçilər tərəfindən öyrənilməsi, romans janrında müasir repertuarların yaradılmasıdır.






Son Xəbər