XƏBƏR, DÜNYA
27-05-2019, 10:25

Anadolu agentliyi qar uçqununda həlak olan əməkdaşının çəkdiyi son videogörüntünü yayıb

Anadolu agentliyi qar uçqununda həlak olan əməkdaşının çəkdiyi son videogörüntünü yayıb
Türkiyənin Anadolu agentliyinin uçuruma yuvarlanaraq həyatını itirən əməkdaşı Abdülkadir Nişancının çəkdiyi son videomateriallar yayımlanıb.

Qərbinfo.az xəbər verir ki, müxbirin fotoaparatı acı hadisədən iki gün sonra uçqun yerindən 100 metr aralıda tapılıb. Aparatın yaddaşında aşkar edilən 3 dəqiqəlik videogörüntü ağır texnikanın qartəmizləmə işinə aiddir.

Qeyd edək ki, Abdülkadir Nişancı mayın 10-da Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən uçuruma yuvarlanmışdı.

Mərhumun cəsədi hadisədən 13 gün sonra Trabzonun Çaykara rayonun ərazisində yerləşən “Derebaşı HES” gölündə tapılıb. Onun axtarışında iştirak edən iki əsgər isə dağ çayında boğularaq ölüb.






Son Xəbər