XƏBƏR, HADİSƏ
25-05-2019, 15:28

Azərbaycanda üç gün ərzində gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda üç gün ərzində gözlənilən hava proqnozu açıqlanıb
Respublikanın rayonlarında mayın 26, 27, 28-də hava şəraitinin dəyişkən olacağı gözlənilir.

Bu barədə Qərbinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, mayın 29-dək əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimal edilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Havanın temperaturu gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaq.






Son Xəbər